“Barselona”nın aparıcı üzvü Andres İnyesta sabiq baş məşqçisi Lui van Qala təşəkkürünü bildirib.

ANS PRESS-in məlumatına görə, ispaniyalı futbolçu 2002-ci ildə hollandiyalı mütəxəssisin vaxtında “Barselona”da debüt edib.

30 yaşlı yarımmüdafiəçi kataloniyalıların heyətində ilk rəsmi oyuna çıxdığı günü unutmayıb:

“Barselona”da ilk rəsmi oyuna çıxdığım günü yaxşı xatırlayıram. O qədər həyacalıydım ki, nə edəcəyimi bilmirdim. Buna görə sabiq baş məşqçim Lui van Qala minnətdaram. O, mənim uşaqlıq arzularımı gerçəkləşdirdi”.
Mənbə
ANS PRESS