Dünya Səhiyyə Təşkilatı qeysəriyyə əməliyyatından sui-istifadə etməməyə çağırır
Bakı, 14 aprel, AZƏRTAC
Son illər qadınların qeysəriyyə əməliyyatı vasitəsilə doğması hallarının sayı xeyli artıb. Bəzən belə cərrahi müdaxiləyə qətiyyən ehtiyac olmur və bu əməliyyatlar qadınların, uşaqların sağlamlığı ilə bağlı ciddi problemlərə gətirib çıxara bilər.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadən xəbər verir ki, bu nəticə Dünya Səhiyyə Təşkilatının (DST) yeni tədqiqatında yer alır. Ekspertlər bildirirlər ki, təbii doğum ananın, yaxud körpənin həyatı və sağlamlığı üçün təhlükə yaratdıqda qeysəriyyə əməliyyatı zəruri hesab edilir. Qeysəriyyə əməliyyatlarının bütün doğumların 10-15 faizini təşkil etməsi ideal göstərici hesab olunur.
Yeni tədqiqatların nəticələri göstərir ki, qeysəriyyə əməliyyatları 10 faizədək olduqda anaların və neonatal ölüm göstəriciləri azalır. Lakin bu rəqəm 10 faizdən çox olduqda həmin göstərici dəyişmir.
Dünya Səhiyyə Təşkilatının reproduktiv sağlamlıq və elmi tədqiqatlar departamentinin direktoru Marlin Temmerman hesab edir ki, “bu nəticələr anaların və yeni doğulan körpələrin həyatını xilas etmək üçün qeysəriyyə əməliyyatının çox əhəmiyyətli olduğunu təsdiqləyir, həmçinin göstərir ki, sadəcə hər hansı konkret göstəricilərə can atmaq deyil, zərurət yarandıqda qadınların qeysəriyyə yolu ilə əməliyyat olunmasını təmin etmək lazımdır”.
DST-də qeyd edirlər ki, zərurət olmadıqda qeysəriyyə əməliyyatına əl atmaq resursların itirilməsinə, yüklənmiş və zəif səhiyyə sistemlərinin işinin səmərəliyinə təsir göstərə bilər. Bundan başqa, cərrahi müdaxilə bəzən qadınların və uşaqların sağlamlığı və həyatı üçün ciddi nəticələr verə bilər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33