Ali məktəblərdə “SABAH-ın könüllüsü” proqramının təqdimatı olub
Bakı, 14 aprel, AZƏRTAC
Respublikanın yeddi ali təhsil müəssisəsində “SABAH-ın könüllüsü” proqramının təqdimat mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təqdimatlarda Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat , Azərbaycan Texniki, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dillər universitetlərinin və Azərbaycan Dövlət Neft Akademiyasının “SABAH” qruplarında təhsil alan yüzlərlə tələbə iştirak edib.
Tədbirlərdə “SABAH” qruplarında təhsil alan könüllülər tərəfindən iştirakçılara “SABAH-ın könüllüsü” proqramı, onun məqsədləri, fəaliyyət istiqamətləri barədə məlumat verilib. Könüllülər qeyd ediblər ki, bu proqram “SABAH” qrupları tələbələrinin akademik təhsildən ayrılmadan sosial fəallığının artırılması və alınmış biliklərin praktikada tətbiqinə şərait yaradılması, eləcə də tələbələrin idarəçilik bacarıqları və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilir. “SABAH-ın könüllüsü” kimi fəaliyyət göstərən tələbələr komandalar şəklində layihə, proqram və tədbirlərin təşkilində iştirak edir, müxtəlif aksiyalar həyata keçirirlər. Bununla da onlar tədris prosesində əldə etdikləri bilik və bacarıqları tətbiq edərək tələbəlik dövründən peşəkar bacarıqlara yiyələnmək imkanı qazanırlar.
Təqdimat mərasimlərində könüllülər “Bakı - 2015” birinci Avropa Oyunları barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, “SABAH-ın könüllüsü” proqramı çərçivəsində yeddi ali təhsil müəssisəsində Avropa Oyunları ilə bağlı kampaniyaların həyata keçirilməsi planlaşdırılıb. İştirakçılar tələbələri “Bakı - 2015” birinci Avropa Oyunlarına könüllü kimi qoşulmağa çağırıblar.
Qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramına qoşulmaq üçün http://sabah.edu.az/az/sabahinkonullusu veb ünvanına müraciət etmək lazımdır. “SABAH-ın könüllüsü”nün fəaliyyətini “SABAH” qruplarının rəsmi saytından (http://sabah.edu.az/) və “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az) izləmək mümkündür.
“SABAH” qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədi ilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33