SOCAR-da sərbəstləşən işçilərin məşğulluğu təmin edilir və bir sıra vakansiyalara işə qəbul elan olunur
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) idarəetmənin təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması məqsədi ilə aparılan struktur dəyişiklikləri davam etdirilir. Bu dəyişikliklər nəticəsində sərbəstləşən işçilər mövcud Proqrama cəlb olunur, sərbəstləşən işçilərin məşğulluğu təmin edilir, eyni zamanda bir sıra vakansiyalara işə qəbul elan olunur.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram”a əsasən onlara bir il ərzində əvvəl aldıqları orta aylıq əmək haqqının 50 faizi həcmində müavinət ödənilir və həmin müddətdə tibbi sığortaları saxlanılır. Proqramın əsas vəzifələrindən biri məşğulluğun təmin olunması üçün sərbəstləşmiş işçilərin şirkətin digər struktur bölmələrində yerləşdirilməsidir. Proqrama qoşulan sərbəstləşən işçilərin ixtisas və iş təcrübələrinə uyğun vakant yerlər axtarılır, mövcud vakansiyaların tələblərinə cavab verənlər müsabiqəyə cəlb olunaraq struktur bölmələrdə yerləşdirilirlər. İxtisas və iş təcrübəsi vakansiyalara uyğun gəlməyən sərbəstləşən işçilər isə ixtisasartırma kurslarına cəlb olunurlar.
Lakin SOCAR-da elə vakansiyalar da yaranır ki, aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşən işçilərin ixtisas və iş təcrübəsi bu vakansiyalara uyğun gəlmir. Belə hallarda ehtiyac duyulan sahələr üzrə vakant yerlərə işə qəbul prosesi müsabiqə yolu ilə davam etdirilir. Hazırda SOCAR-ın Azərbaycanın bəzi regionlarında yerləşən struktur bölmələrində ixtisaslı fəhlə və mütəxəssis kadrlara ehtiyac yaranıb.
Şirkətin www.socar.az rəsmi veb-səhifəsinin “Karyera” bölümünün “İşə qəbul” alt bölməsində mütəmadi olaraq vakansiyalar elan olunur. Hazırda “Əl ilə qaynaqda elektrik qaynaqçısı” (Siyəzən MQKS), “Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru” (Cəlilabad rayonu), “Qazla kəsən” (Qusar, Şirvanovka), “Energetik” (Hacıqabul MQKS, Ağsu rayonu üzrə)” və sair vakansiyalar üzrə müraciətlərin elektron qəbulu aparılır. Vətəndaşlara elektron qaydada müraciət etməzdən əvvəl https://careers.socar.az/vacancyInfo?type=1 linkində qeyd olunan məlumatla tanış olmaq tövsiyə edilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05