SOCAR prezidenti Serbiyanın baş naziri ilə görüşüb
Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Rövnəq Abdullayev Azərbaycan və Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu, siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli perspektivlər olduğunu bildirib. Azərbaycana səfərindən məmnun olduğunu deyən Serbiyanın baş naziri Aleksandr Vuçiç iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib, Cənub Qaz Dəhlizi layihəsinə böyük maraq göstərdiklərini deyib.
SOCAR prezidenti Azərbaycanın qədim neft diyarı olduğunu, Bakı neftçilərinin dünya neft sənayesinin inkişafına əvəzolunmaz töhfələr verdiyini xatırladaraq bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan enerji strategiyası hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Qonaqlara SOCAR haqqında ətraflı məlumat verən Rövnəq Abdullayev şirkətin Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələrin əsas iştirakçısı olduğunu vurğulayıb, bu layihələrin uğurla həyata keçirilməsində onun rolundan və fəaliyyət istiqamətlərindən söhbət açıb. Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu vurğulayan SOCAR prezidenti “Şahdəniz-2” layihəsinin bu dəhlizin açılmasında ilk və vacib əhəmiyyətli mərhələ olduğunu qeyd edib. O, eyni zamanda bildirib ki, Azərbaycanda kəşf olunmuş “Ümid”, “Abşeron” yataqlarının və digər perspektivli strukturların işlənilməsi də Cənub Qaz Dəhlizinin gələcəyi ilə sıx bağlıdır.
Serbiya hökumətinin başçısı Azərbaycanın son illər etibarlı neft və qaz təchizatçısı kimi tanındığını diqqətə çatdırıb, ölkəmizdə hasil olunacaq təbii qazın gələcəkdə Cənub Qaz Dəhlizi vasitəsilə Serbiyaya da nəql ediləcəyinə böyük ümid bəslədiklərini deyib. O, Azərbaycanın “Şahdəniz” və digər qaz yataqlarından hasil olunacaq təbii qaz həcmlərinin Serbiyanın ehtiyaclarının qarşılanmasında prioritet kimi baxıldığını qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05