"Prezidentin ayırdığı vəsait hesabına 40-dan çox serial çəkilib"
Axşam.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.
MTRŞ sədrinin müavini bildirib ki, maarifçilik və mədəniyyət məsələləri bütün proqramların, o cümlədən də bədii filmlər və serialların içərisində yer almalıdır:
“Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsi bütövlükdə proqrama verilən tələblərdən bəhs edir. Televiziya və radio proqramlarına verilən tələbləri sadalamaqla qurtaran deyil, çoxdur. Amma yayımçıların nəzərə almalı olduğu mühüm cəhətlərdən biri verilişlərin, proqramların maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verməsi ilə bağlıdır. Bu, bütün yayımçıların vəzifə borcudur. Biz maarifçilik və mədəniyyət məsələləri deyəndə sırf həmin proqramları nəzərdə tutmuruq. Maarifçilik və mədəniyyət məsələləri bütün proqramların, verilişlərin içərisində istər-istəməz yer almalıdır. O cümlədən bu bədii filmlər və seriallara da aiddir”.
Q.Cəbiyev onu da qeyd edib ki, haqlı narazılıqlara baxmayaraq, 2011-2012-ci illərdə çəkilmiş teleseriallarla müqayisədə son illərdə çəkilmiş teleseriallar arasında xeyli keyfiyyət fərqi var:
“Məlum olduğu kimi, 90-cı illərin əvvəllərində Azərbaycan efiri daha çox xarici seriallarla dolu idi. Həmin seriallardakı bir çox məsələlər bizim əxlaqımızla səsləşmirdi. Bütün bunları nəzərə alaraq Milli Televiziya və Radio Şurası həmin serialların efirdən çıxarılması məsələsini gündəmə gətirdi. Bundan sonra efirdə müəyyən bir boşluq yarandı. Hörmətli prezidentimiz milli teleserialların çəkilməsi üçün 2011-ci ildə 5 milyon, 2013-cü ildə isə 6 milyon manat vəsait ayırdı. Düzdür, vəsait ayrıldı, ancaq görünür maliyyənin ayrılması yaxşı serialların çəkilməsi üçün yetərli deyil. Yaxşı teleserialların çəkilməsi üçün həm də yaxşı ədəbi material, yaxşı kinorejissorlar, yaxşı aktyorlar, yaxşı operatorlar gərəkdir ki, biz istəyən, tamaşaçı istəyən keyfiyyətli seriallar ortaya çıxsın”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Məşhur türkiyəli müğənni Azərbaycana gələcək
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47