Zaqatala rayonunun Əliabad qəsəbəsindəki XVII əsrə aid məscid bərpa olunur
Zaqatala, 14 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun ən iri yaşayış məntəqələrindən olan Əliabad qəsəbəsindəki XVII əsrə aid məsciddə bərpa işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə aprelin 14-də Əliabad qəsəbəsində tədbir keçirilib. Rayon rəhbərliyinin, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlarının, qəsəbə sakinləri və dini icma üzvlərinin iştirak etdiyi tədbiri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev açaraq, ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısından bəhs edib. Bildirilib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkədir. Ölkəmizdə bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəslənilib.
Azərbaycanda yaşayan xalqların sahib olduğu etnik-dini dəyərlərin qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan dövlət müşaviri bildirib ki, bölgələrə səfəri zamanı müxtəlif dini icmaların üzvləri ilə görüşür, məscidləri, kilsə və sinaqoqları ziyarət edir. Bu görüşlərdə yerli sakinlərlə, dini icmaların üzvləri ilə ətraflı fikir mübadiləsi aparılır, onların təklifləri dinlənilir. Diqqətə çatdırılıb ki, belə görüşlərdən biri də ötən il Əliabad qəsəbəsində keçirilib. Həmin görüşdə qəsəbə sakinləri 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı zərər görmüş məscid binasının bərpası ilə bağlı quruma müraciət ediblər. Sakinlərin müraciətləri nəzərə alınıb və artıq xeyriyyəçi qurumların sponsorluğu, eləcə də dövlətin dəstəyi ilə Əliabad məscidinin bərpası layihəsi üzrə işlərə başlanılıb.
Dövlət müşaviri bildirib ki, məscidin bərpasına Bakının Şüvəlan qəsəbəsində yerləşən Mir Möhsüm Ağa ziyarətgahı tərəfindən ilkin olaraq 30 min manat vəsait ayrılıb. Bununla da Azərbaycanda ilk dəfə olaraq bir ziyarətgah öz mənəvi, maddi imkanını tamamilə başqa bir bölgədəki məscidin bərpasına yönəltmiş olur.
Qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) də bu işə öz köməyini göstərəcək. Komitə tərəfindən bu məqsədlə 20 min manat vəsait ayrılıb. Bundan əlavə, məscidin bərpası üçün Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tərəfindən də 10 min manat vəsaitin ayrıldığı diqqətə çatdırılıb.
Məscidin bərpası Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında həyata keçiriləcək. Bərpa işləri zamanı XVII əsrə aid olan bu tarixi abidə öz görkəmini tamamilə qoruyub saxlayacaq.
Sonra Mir Möhsüm Ağa ziyarətgahı tərəfindən Əliabad məscidinə xalça və dini kitablar hədiyyə olunub.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı və qəsəbə sakinləri çıxış edərək, məscidin bərpasına göstərdikləri köməyə görə ziyarətgahın və DQİDK-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33