Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Latviyanın yüksək səviyyəli rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.