Aprelin 6-da məsələ ilə bağlı “Report” agentliyi mobil operatorun mətbuat xidmətinə yazılı müraciət edib. Problemin araşdırıldığını deyən “Azercell” şirkəti, aprelin 14-də araşdırmanın nəticəsini açıqlayıb.
Qeyd edək ki, istifadəçi danışıq kartını mütəmmadi alış-veriş etdiyi mağazadan aldığını və ilk dəfədir belə bir halla qarşılaşdığını deyib.
"Azercell”in "Report"a verdiyi açıqlamada bildirilir ki, araşdırmanın nəticəsinə görə, həmin kart çox əvvəl başqa abonent tərəfindən yüklənilib, sistemdə bu aydın görünür, amma bu, konfidensial məlumat olduğu üçün kim tərəfindən yüklənildiyi açıqlanmır: "Lakin müştəri məmnuniyyətini prinsipi baxımından həmin məbləğ abonentin hesabına yüklənilib".
Şirkətin mətbuat xidməti bildirir ki, “Azercell” əsasən rəsmi dilerdən alınan kartlarda yaranan problemlərə cavabdehdir, yəni pərakəndə satış mağazalarından alınan kartlar şirkət nümayəndələri tərəfindən paylanılmır, həmin mağazalar alıcı kimi gəlib alır, daha sonra onu pərakəndə şəkildə satır. Ona görə, “Azercell” kənar mağazalardan danışıq kartı almamağı tövsiyyə edir.
Mağaza sahibləri isə mobil operatorun kartlarının bütün mağazalara bir firma tərəfindən paylanıldığını və həmin firmanın da kartları rəsmi dilerdən aldığını bildirir, dilerlər isə bu kartların pərakəndə satış üçün alındığından xəbərdardır, çünki 1 manatlıq kart onlara 98 qəpikdən satılır, belə halda adi müştəri kimi alınması mümkün deyil.
Qeyd edək ki, yerli mobil operator istiadəçiləri aldıqları danışıq kartının əvvəldən istifadə olub-olunmadığını bilmək üçün həmin kartın seriya nömrəsini 1003 qısa nömrəsinə SMS göndərməklə öyrənə bilərlər. Sözügedən kartda da problem yarananda isə onun seriya nömrəsi 1003-ə göndərilib, lakin həmin kartın mövcud olmadığı haqqında cavab verilib.

