İsmayıllı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də İsmayıllıda keçirilən əmək yarmarkasında 137 nəfər işaxtarana iş yeri üçün göndəriş verilib.
AZƏRTAC xəbər verir ki, Gənclər Mərkəzində təşkil olunan əmək yarmarkasında 46-sı dövlət, 32-si özəl olmaqla 78 idarə, müəssisə və təşkilat tərəfindən vətəndaşlara 226 yeni iş yeri təklif olunub. Yarmarkada hər bir işaxtarana ixtisasına uyğun, habelə arzu etdiyi iş yerini seçmək üçün lazımi şərait yaradılıb.