Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə  Dövlət  Komi­təsi­nin­­ birgə tədbirlər planına uyğun olaraq, “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mü­ba­rizə” mövzusunda seminar keçirilib.

Komitədən Lent.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələk­bə­­rov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İs­ma­yılov seminarda çıxış edərək bəzi qüvvələrin radikal dini cərəyanların öl­kəmizdə təbliğinə, dövlətimizin dünyəvi xarakterini dəyişmək və sa­bit­li­yi­ pozmaq üçün dini ayrı-seçkilik yaratmaqla insanları müxtəlif təriqətlərə par­çalamağa, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrup­ların və onların silahlı dəstələrin tərkibində iştirakına cəlb etməklə cinayət tərkibli əməllər törətməyə cəhd göstərdiklərini vurğulayıblar.

Dövlət başçısı İlham Əliyevin həyata ke­çirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizin tolerantlıq və mul­ti­kul­tu­ralizm nümunəsinə çevrilməsi, müxtəlif dini inaclara məxsus insanların meh­riban və qarşılıqlı hörmət şəraitində yaşaması barədə ətraflı da­nışıl­ıb.

Seminarda dini amillərdən yaralanmağa cəhd göstərən radikal qüv­və­lə­rə qarşı dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə mə­lu­mat verilib. Bu kimi ünsürlərlə mübarizədə hamının sayıqlıq gös­tər­mə­si­nin zəruriliyi qeyd olunub.