Azərbaycanda idman yarışları iştirakçılarının və tamaşaçıların təhlükəsizliyi daha da gücləndiriləcək
Bakı, 14 aprel, Ülviyyə Məmmədli, AZƏRTAC
Aprelin 14-də Milli Məclisin sosial siyasət və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi, eləcə də “Bədən tərbiyəsi və idman haqqında” Qanuna əlavə və dəyişikliklər müzakirə olunub.
Qanun layihələri haqqında məlumat verən sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, görülən hazırlıq işləri “Bakı-2015” ilk Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyini deməyə əsas verir. Müzakirəyə çıxarılan məsələlər də ölkədə keçirilən beynəlxalq idman yarışları, o cümlədən birinci Avropa Oyunlarında təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Bunun üçün mövcud qanunvericilik təftiş olunub, dünya təcrübəsi öyrənilib, müvafiq qanuna dəyişikliklər və əlavələrlə bağlı layihə hazırlanıb. Qanuna edilən dəyişikliyə əsasən, kütləvi idman tədbirləri və yarışların keçirilməsi zamanı idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulan yerlərə yarış iştirakçıları və tamaşaçıların təhlükəsizliyinin təmin olunması və ictimai asayişin mühafizəsi məqsədilə bəzi şəxslərin və əşyaların buraxılmasına yol verilməyəcək. Buna görə idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə hüquq verən giriş bileti və ya onu əvəz edən digər sənədi olmayan şəxslər, üzünə maska taxan şəxslər, şəxsi baxışdan və üzərindəki əşyaların yoxlanılmasından imtina edən şəxslər, sərxoşluq vəziyyətində olan, habelə, narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının, toksik təsir göstərən maddələrin təsiri altında olan şəxslər, qrup şəklində ifrat edən azarkeşlik edən şəxslər və digərləri buraxılmayacaq.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib. Bildirib ki, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasınıa görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 5 min manat miqdarında cərimələnəcək. Həmçinin kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 5 min manat məbləğində cərimə ediləcək.
İclasda, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunda da dəyişiklik olunub.
Çıxış edən deputatlar əlavə və dəyişikliklərin əhəmiyyətindən danışıblar.
Müzakirələrdən sonra hər üç sənəd parlamentin plenar iclasına tövsiyə olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33