Bakıda 23 yaşlı gənc ölümcül döyülüb.

ANS TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində, Qaraçuxur qəsəbəsində baş verib. 23 yaşlı Kərimov Orxan Müşfiq oğlu ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilir ki, döyülmə əlamətləri ilə daxil olan Orxan Kərimov birbaşa reanimasiya şöbəsinə yerləşdirilib və onun vəziyyəti ağır olaraq qalır. Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. 23 yaşlı gəncin vəziyyəti ağır olduğundan ifadəsini almaq mümkün olmayıb. Səsləndirilən bir versiyaya görə, onu ailə-məişət zəmnində yaranmış mübahisə zamanı qayınatası döyüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırma aparılır.

Mənbə
ANS-TV-Sərxan Kamallı