Praqa, 14 aprel, AZƏRTAC
Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi tərəfindən hazırlanan yeni xammal dövlət siyasəti bu ölkədə metal, o cümlədən qızıl hasilatının bərpası üçün şərait yaradır. Hazırda həmin proses tamamilə dayandırılıb.
Sənaye və ticarət naziri Yan Mladek vurğulayıb ki, hasilatın bərpa olunmasının vacib şərti gəlirlilikdir. Qızıl hasilatı üçün mümkün olan ərazilərdən biri Qızıl Dağlar şəhərinin ətrafıdır. Söhbət indiki halda bir neçə ton həcmində olan qiymətli metal ehtiyatlarından gedir. Bu regionda qızıl hasilatının bərpası yüzlərlə yeni iş yerinin açılmasına kömək edəcək.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa