Bu barədə "Report"a GTM-in mətbuat xidmətindən məlumat verilib.
Marafonun keçirilməsində əsas məqsəd ekoloji tarazlığının bərpasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhvə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.
2 gün davam edən aksiya çərçivəsində 80-dən çox quş yuvası düzəldilərək, rayonun mərkəzi Heydər Əliyev prospektindəki müxtəlif dirəklərə asılıb.
Marafon çərçivəsində gənclər üçün təcrübəli ekspertlər tərəfindən "Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları" haqqında məruzələr edilib, onların ekoloji təfəkkürün formalaşdırılmasına yönəlmiş maarifləndirmə sessiyaları keçirilib.
Qeyd edək ki, marafon Gənclər üçün Təhsil Mərkəzinin digər ofisləri vasitəsilə Gəncə, Mingəçevir, Quba və digər regionlarda da həyata keçiriləcək.





