Bakı, 14 aprel, AZƏRTAC 
Bu il martın 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1514,1 min nəfər olub, onlardan 880,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 633,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, muzdla işləyənlərin 22,3 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7 faizi sənayedə, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində və 17,5 faizi iqtisadiyyatın digər sahələrində çalışıblar.
2015-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,5 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində orta aylıq nominal əmək haqqı daha yüksək olub.