16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirinin qalibi olub.

Metbuat.az-ın məlumatına görə, millimiz Bayıl stadionunda keçirilmiş son oyunda Yunanıstan komandasını 3:0 hesabı ilə məğlub edib. Turun “Dalğa Arena”da keçirlmiş digər oyununda isə Gürcüstan yığması qazaxıstanlı futbolçulara qalib gəlib – 2:0. 

Turnirdə keçirilmiş bütün oyunların nəticəsini bir daha diqqətinizə çatdırırıq: 

11 aprel 

Azərbaycan – Qazaxıstan 4:0 

Yunanıstan – Gürcüstan 0:2 

12 aprel 

Azərbaycan – Gürcüstan 2:1 

Qazaxıstan – Yunanıstan 1:6 

14 aprel 

Gürcüstan – Qazaxıstan 2:0 

Azərbaycan – Yunanıstan 3:0