AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Metbuat.az-ın məlumatına görə, iclas zamanı Premyer Liqanın XXIX turunda qeydə alınan bəzi qayda pozuntuları ilə bağlı qərarlar verilib.

"Xəzər Lənkəran" - "Neftçi" matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1 000 manat cərimə olunub. Sözügedən oyunun 33-cü dəqiqəsində ikinci sarı vərəqəsini alan Alfred Sankoh 1 matçlıq diskvalifikasiya olunub, "Xəzər Lənkəran" isə 2 000 manat cərimələnib.

"Qəbələ" - "Simurq" matçında birincilərin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1 000 manat cərimə olunub. Oxşar cərimə "Bakı" klubuna da tətbiq olunub.