Bakı, 14 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart ayları üzrə ölkədə həyata keçirilən elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 2 min 720 manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,7 faizini hüquqi şəxslərin, 7,3 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,3 faizini qeyri-ərzaq malları təşkil edib.