Orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün növbəti monitorinq imtahanları keçiriləcək
Bakı, 14 aprel, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 15-17-də və 20-21-də orta ümumtəhsil məktəblərinin 11-ci sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçirəcək.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, imtahanlar ümumilikdə 421 orta məktəbdə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən ayrı-ayrı günlərdə təşkil olunacaq. Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanacaq və Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən isə 1 saat davam edəcək. Prosesdə 23 min 336 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahan respublikanın 22 şəhər və rayonunun (Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Ağcabədi, Tovuz, Goranboy, Şəki, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ağdaş, Yevlax, Şirvan, Salyan, Lənkəran, Neftçala, Quba, Qusar və Xaçmaz) məktəblərində keçiriləcək.
Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən ödəniş tələb edilmir.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~oA5Yf
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08