Belçikada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı olacaq
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə “Bakı-2015” Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək. Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov Belçikaya rəsmi səfərə yola düşüb.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Brüsselin “Egmont” sarayında keçiriləcək qala gecədə nazir Azad Rəhimovun, Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe, Belçika Olimpiya Komitəsinin prezidenti Pierre-Olivier Beckers və Avropa Parlamentinin vitse-prezidentinin çıxışları nəzərdə tutulub.
Təqdimat mərasimi çərçivəsində “Bakı-2015” Avropa Oyunlarına hazırlıqla bağlı videoçarx və foto sərgi nümayiş etdiriləcək.
Səfərin ikinci günü isə Avropa Parlamentində “Bakı-2015” Avropa Oyunlarının təqdimat mərasimi olacaq. Mərasimdə A.Rəhimov, Avropa Parlamentinin üzvü İlham Kyuçyuk, Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin üzvü Mark Tarabella və digər rəsmi şəxslər iştirak edəcək.
“Dəyirmi masa” ətrafında keçiriləcək təqdimat mərasimində “Bakı-2015” Avropa Oyunları ilə yanaşı, Azərbaycan və Avropa Parlamenti arasında əlaqələrin möhkəmləndirilməsi, gənclər sahəsində yeni layihələrin işlənilməsi, müxtəlif sahələrdə əldə edilmiş razılıqlar və digər mövzular müzakirə olunacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33