Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Milli Məclisin deputatı Siyavuş Novruzovun bu partiyaların mövqeyinin parlamentdə müzakirə edilib qiymət verilməsi təklifinə münasibət bildiriən O.Əsədov həmin partiyaların fəaliyyətinə artıq qiymət verildiyini qeyd edib:
“Bunlara artıq qiymət verilib. Ermənilər idman oyunlarında iştirak edəcəklər, bu insanlar isə oyunlara qarşı çıxırlar. Pis çıxmasın, bunlar ermənilərdən də Azərbaycana qarşı pisdirlər. Bunun nəyini müzakirə edəsən? Ehtiyac varmı buna? Bu, millət üçün artıq bəllidir”.
S.Novruzov ilk Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma kampaniyasının gücləndiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın anti-milli qüvvələri də bu kampaniyaya dəstək göstərir, ölkəmizi sevməyən qüvvələrin, erməni lobbisinin sifarişlərini yerinə yetirirlər: “Hesab edirəm ki, biz bu məsələni Milli Məclisdə müzakirə edib qiymət verməliyik”.
Milli.Az