"İnter" rəhbərliyi qolkiper axtarışlarını davam etdirir.

Samir Handanoviç böyük ehtimalla mövsümün sonunda komandanı tərk edəcək. Metbuat.az-ın xəbərinə görə, "neradzurrilər" onun boşluğunu "Çelsi"nin qapıçısı Petr Çexlə doldurmaq istəyir.

Çexiya millisinin üzvü London klubunun heyətində oyun təcrübəsinin azlığından əziyyət çəkir. Bu səbəbdən transferin reallaşma ehtimalı olduqca yüksəkdi.