[ 14 Aprel 2015 10:46 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan neftinin qiyməti artmaqda davam edir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzerLight” markalı neftin bir barelinin qiyməti 0,57% və ya 0,34 dollar artaraq 60,08 dollar olub.