İraqın şimalında İŞİD silahlıları 3 tayfa ağsaqqalını güllələyiblər.

 

APA-nın məlumatına görə, bu barədə Bəhreynin “Əl-Vasat” qəzeti yazıb.

 

Ağsaqqallar İŞİD-i qanuni hökumət hesab etməkdən imtina ediblər.

 

Şahidlərin sözlərinə görə, onları Mosul şəhərinin cənub hissəsində yerləşən hərbi düşərgənin ərazisində güllələyiblər.