Azərbaycanın qadın atleti Avropa çempionu olub
Tbilisi, 14 aprel, AZƏRTAC
Azərbaycanın ağırlıqqaldırma üzrə qadın atleti, “Neftçi” idman klubunun yetirməsi Boyanka Kostova Tbilisidə keçirilən Avropa çempionatında qızıl medala sahib olub.
AZƏRTAC xəbər verir ki, B.Kostova aprelin 13-də 58 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulub. O, birdən ağırlıqqaldırmada əvvəlcə 100, sonra 105, daha sonra isə 109 kiloqramı başı üzərinə qaldırıb. Atletimiz bununla həm də iki yeni rekorda imza atıb. Belə ki, 105 kiloqramı başı üzərinə qaldırmaqla o, yeniyetmələr arasında, 109 kiloqramı qaldırmaqla isə böyüklər arasında Avropa üzrə yeni rekord müəyyən edib.
Atletimiz təkanla ağırlıqqaldırmada ilk cəhddə 125 kiloqramlıq nəticə ilə öz rekordunu təzələyib. O, 132 və 137 kiloqramı qaldırmaqla daha iki yeni rekorda imza atıb. B.Kostova həm birdən ağırlıqqaldırma, həm də təkanla ağırlıqqaldırmada birinci olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ümumilikdə 246 kiloqramlıq nəticə göstərib.
Qızıl medalı atletimizə Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan təqdim edib. Federasiyanın prezidenti həm parlaq qələbəsinə, həm də yeni rekordlara görə B.Kostovaya təbriklərini çatdırıb.
Atletlərin çıxışlarını izləyən münsiflər heyətində Azərbaycanı Əməkdar İdman Xadimi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edib.
Aprelin 14-də Azərbaycanın daha iki atleti 77 kiloqram çəki dərəcəsində Avropa çempionu adı uğrunda mübarizəyə qoşulacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05