Berlin, 13 aprel, AZƏRTAC
“Siemens” konserninin idarə heyətinin sədri Co Kezer həftəlik “Bild am Sonntag” qəzetinə müsabiqəsində etiraf edib ki, beynəlxalq sanksiyaların təsiri nəticəsində Rusiya bazarında konsernin dövriyyəsi təxminən iki dəfə azalıb. O deyib: “Rusiya ilə biznes bütovlükdə çox ziyan çəkib, bizim biznes təxminən iki dəfə azalıb”.
Buna baxmayaraq, konsern Rusiyaya qarşı cərimə tədbirlərini dəstəkləyir. “Biz siyasətin üstünlüyünü tanıyırıq. Biz bunun tərəfdarıyıq və mən bunu həmişə açıq söyləmişəm”, - deyən C.Kezer daha sonra vurğulayıb: “bir biri haqqında danışmaqdansa, bir-biri ilə danışmaq yaxşıdır”.
Xəbər verildiyi kimi, ciddi maliyyə çətinlikləri və enerji biznesinin strukturunda problemləri ilə üzləşmiş “Siemens” təşkilati strukturunda əsaslı dəyişikliklər edir və bütün dünyada azı 7000 əməkdaşını işdən azad edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin