Paris, 13 aprel, AZƏRTAC
Fransada gündəlik nəşr olunan “Sudouest” qəzetinin 13 aprel tarixli nömrəsində Fransanın Konyak və Azərbaycanın Tovuz şəhərlərinin qardaşlaşmasından bəhs edən məqalə dərc olunub. Məqalədə hər iki şəhərin qardaşlaşmasının əməkdaşlığın inkişafında mühüm rol oynayacağı diqqətə çatdırılır. Müəllif Tovuz rayonu haqqında ətraflı məlumat verir.
Məqalədə Fransanın və Azərbaycanın başqa şəhərlərinin də, o cümlədən Bordo ilə Bakının, Şabli ilə Göygölün qardaşlaşdığı oxucuların diqqətinə çatdırılır.

Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris