Finlandiyada parlament seçkiləri keçiriləcək
Helsinki, 13 aprel, AZƏRTAC
Aprelin 19-da Helsinki parlamentinə (Eduskuntaya) seçkilər keçiriləcək. Seçkilərdən dərhal sonra siyasi partiyalar koalisiya hökuməti yaradılması barədə danışıqlara başlayacaqlar. Həmin hökumət, güman ki, artıq may ayında işə başlaya bilər.
Parlament dörd ildən bir seçilir və koalisiya hökuməti, bir qayda olaraq, dörd illik müddətin sonuna qədər işləyir. Ənənəyə baxmayaraq, 2010-cu ildə - əvvəlki seçkilərdən bir il öncə, habelə 2014-cü ildə hökumətdə dəyişikliklər baş verib. Lakin hər iki halda hökumət müddətin sonunadək əvvəlki proqram üzrə işi davam etdirib.
2015-ci il seçkiləri ərəfəsində baş nazir, mötədil mühafizəkar Milli Koalisiya Partiyasının sədri Aleksandr Stubbun başçılıq etdiyi koalisiya hökuməti iki böyük partiyanı (Milli Koalisiya Partiyası və Sosial-Demokratlar Partiyası) və iki kiçik partiyanı (İsveç Xalq Partiyası və Xristian-Demokratlar Partiyası) əhatə edir. Bu dörd partiya parlamentdə son dərəcə cüzi çoxluğa malik olub, parlamentin 200 üzvündən cəmi 102-sini əhatə edir.
Finlandiya iqtisadiyyatının zəif templə inkişafı ucbatından, gələcək parlamentin bütün səlahiyyət müddətdə büdcə sektorunda kəsir müşahidə oluna bilər. Bəzi hesablamalara görə, 2019-cu ilə qədər dövlətin borcu 124 milyard avroyadək arta bilər ki, bu da ümumdaxili məhsulun 53 faizinə bərabərdir. Seçkilər ərəfəsində büdcə kəsiri 100 milyard avrodan bir qədər az olub.
Yeni hökumət büdcə xərclərinin xeyli azalmasına nail olmalıdır. Ölkə büdcəsində ən böyük məsrəf maddələri təhsilə, sosial proqramlara və səhiyyəyə aiddir. Bütün iri partiyalar büdcə xərclərini bir neçə milyard avro qədər azaltmağa hazır olduqlarını bildiriblər.
Milli Koalisiya Partiyası təklif edib ki, büdcə xərcləri ilə yanaşı, vergiləri də azaltmaq lazımdır. Finlandiyanın Mərkəzi Sənaye və İşəgötürənlər İttifaqı da bu ideyanı dəstəkləyir. Mərkəz, Sosial-Demokratlar və Həqiqi Finlər vergilərin əhəmiyyətli dərəcədə azaldılmasını dəstəkləmirlər və vergi tariflərini olduğu kimi saxlamağa hazırdırlar.
Çox güman ki, yeni hökumət səlahiyyət müddətinin başlanğıcında büdcənin azaldılması barədə qərar qəbul edəcək, lakin bu qərarı səlahiyyət müddətinin sonunda, yəni 2018 və 2019-cu illərdə həyata keçirəcək. Bir çox aparıcı iqtisadçılar büdcə ixtisarlarının elə formada ləngidilməsini təklif edirlər ki, bu, daxili tələbatın aşağı düşməsinə imkan verməsin.
Yəqin ki, ölkədə büdcə xərclərinin azalmasından qorxmayan yalnız bir sektor var. Yaşıllar və Solçular istisna olmaqla, bütün partiyalar əmindirlər ki, növbəti illərdə müdafiə xərcləri xeyli artacaq.
Baş nazir Aleksandr Stubb 2015-ci il martın 24-də çıxış edərkən deyib: “Təhlükəsizlik sahəsində siyasətimizin əməliyyat mühiti dəyişib. ... Biz ayıq-sayıq olmalıyıq”.
Finlandiya müdafiə sahəsində əməkdaşlıq barədə İsveçrə ilə danışıqlara başlayıb. Məqsəd hərbi ittifaq yaratmaq deyil, dinc dövrdə qarşılıqlı fəaliyyət və əməkdaşlığı inkişaf etdirməkdir.
Yeni hökumətin müvafiq proqramında NATO ilə əməkdaşlıq da qeyd olunacaq. Finlandiya 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir və NATO ilə fəal əməkdaşlığı davam etdirmək niyyətindədir.
Buna baxmayaraq, Finlandiya, ən azından yaxın gələcəkdə NATO-nun üzvü olmağa cəhd etmir. İri partiyalardan Mərkəz, Sosial-Demokratlar, Həqiqi Finlər NATO-ya üzvlüyün əleyhinə olduqları halda, Milli Koalisiya bunun lehinədir. Kiçik partiyalardan Solçular ittifaqı, Yaşıllar və Xristian-Demokratlar NATO-ya üzvlüyün əleyhinə, İsveç Xalq Partiyası lehinədir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25