“ADA” Universiteti ilə Vyetnam Diplomatiya Akademiyası əlaqələri genişləndirəcək
Bakı, 13 aprel, AZƏRTAC
“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə Vyetnama səfəri çərçivəsində bu ölkənin Diplomatiya Akademiyasının prorektoru Nquyen Vu Tunq ilə görüşüb.
Azərbaycanın Hanoydakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkənin tarixən təhsil sahəsində əlaqələrinin olduğu, hələ sovet dövründə çoxlu sayda vyetnamlının Azərbaycanda ali təhsil aldığı qeyd edilib.
Tərəflər iki ölkə arasında təhsil sahəsində ənənəvi əməkdaşlığın müasir dövrdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.
F.İsmayılzadə “ADA” Universitetində hazırda üç vyetnamlı tələbənin təhsil aldığını və onların sayının artırılmasında maraqlı olduqlarını diqqətə çatdırıb, təmsil etdiyi ali məktəbdə təhsil imkanları barədə danışıb.
Görüşdə “ADA” Universiteti ilə Vyetnam Diplomatiya Akademiyası arasında əməkdaşlıq haqqında sazişin imzalanması, tələbə və müəllim mübadiləsi, birgə konfransların təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25