TANAP layihəsi sayəsində Avropanın enerji təhlükəsizliyində Azərbaycan və Türkiyənin rolu getdikcə artacaq
Bakı, 13 aprel, AZƏRTAC
TANAP layihəsi sayəsində Avropanın enerji təhlükəsizliyində Azərbaycan və Türkiyənin rolu getdikcə artacaq.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirlər aprelin 13-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə mərkəzi İstanbulda yerləşən Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) nümayəndələri arasında keçirilən görüşdə səsləndirilib.
Görüşdə SOCAR-ın prezidenti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, bildirib ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da dərinləşməsində, xalqların bir-birinə daha sıx yaxınlaşmasında ictimai fikir adamlarının qarşılıqlı səfərlərinin mühüm rolu var və HASEN nümayəndələrinin Bakıya səfəri də bu baxımdan böyük əhəmiyyət kəsb edir. R.Abdullayev SOCAR-ın Türkiyədə həyata keçirdiyi investisiya layihələrindən söz açıb və bu layihələrin hər iki ölkənin iqtisadiyyatına böyük fayda verəcəyini bildirib.
SOCAR-ın prezidenti Avropanın enerji təhlükəsizliyində Azərbaycan və Türkiyənin rolunun getdikcə artdığını vurğulayıb, bu istiqamətdə həyata keçirilən layihələr sırasında mühüm yer tutan Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi sayəsində bu rolun daha yüksək səviyyəyə çatacağını qeyd edib. O, ictimaiyyətin həyata keçirilən layihələr barədə ətraflı və müntəzəm məlumatlandrılması və elmi araşdırmaların aparılmasında HASEN-in böyük rol oynadığını deyib.
HASEN-in baş katibi Haldun Yavaş təmsil etdiyi qurum haqqında məlumat verərək bildirib ki, 2012-ci ildə təsis olunan Xəzər Strateji Araşdırmalar İnstitutu əsas məqsədi Xəzər bölgəsi ilə bağlı araşdırmaların aparılması, beynəlxalq münasibətlər, logistika, təhlükəsizlik, iqtisadiyyat, təhsil, mədəniyyət və ətraf mühitin mühafizəsi ilə bağlı mövzularda strateji təkliflərin irəli sürülməsi olan bir tədqiqat mərkəzidir. HASEN elmi araşdırmaları və müzakirələri genişləndirmək məqsədilə müxtəlif beynəlxalq görüşlər, treninqlər keçirir, mətbuatda çıxışlar edir. İnstitutun təkcə Türkiyənin deyil, dünyanın öndə gedən tədqiqat mərkəzlərindən biri olmağı hədəfə aldığını deyən H.Yavaş Bakıya budəfəki səfərlərində məqsədin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı üçün Azərbaycanın müxtəlif qurumlarında görüşlər keçirmək, fikir mübadiləsi aparmaq olduğunu qeyd edib. Bu baxımdan SOCAR-da keçirilən görüşə böyük əhəmiyyət verdiklərini deyən HASEN-in baş katibi institutun layihələri barədə məlumat verib, onların sırasında “Cənub” qaz dəhlizi, TANAP-ın keçdiyi bölgələrdə işçi qüvvəsi, Qafqazda münaqişələrin qarşısının alınması layihələrini xüsusi vurğulayıb.
HASEN-in Məşvərət Şurası üzvləri Xəlil Akınçı, Dəniz Ülkə Ardoğan, HASEN Elmi Şurasının üzvü Bəkir Günay türk dünyasının, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında SOCAR-ın rolundan danışıb, TANAP layihəsinin vacibliyini qeyd ediblər.
SOCAR-ın prezidenti R.Abdllayev HASEN-in Türkiyədəki “beyin mərkəzləri” arasında mühüm yer tutduğunu bildirib, institutun fəaliyyətini yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25