Ravil Zaripov: Azərbaycandakı iqtisadi inkişaf Tatarısanla əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlar yaradır
Bakı, 13 aprel, AZƏRTAC
Tatarıstan Respublikası Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır, Azərbaycandakı iqtisadi inkişaf əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlar yaradır.
Bu fikirlər Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan-Rusiya biznes forumunda səsləndirilib. Tədbirdə Azərbaycan və Tatarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak edib.
AZƏRTAC xəbər verir ki, biznes forumda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev yüksək tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, bu əməkdaşlığın Rusiya Federasiyasının federal subyektləri ilə də həyata keçirildiyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan ortaq din, mədəniyyət və ənənələrə malik Tatarıstan Respublikası ilə müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Tatarıstan nümayəndə heyətinin Azərbaycana bu səfəri də əməkdaşlığın inkişafına, iqtisadi əlaqələrin daha genişlənməsinə öz töhfəsini verəcək. Sabah Gəncə avtomobil zavodunda “KamAZ” markalı yük maşınlarının yığılması üzrə konveyerin istifadəyə verilməsi Azərbaycan və Tatarıstan Respublikaları arasında əlaqələrin uğurlu inkişafının daha bir göstəricisidir.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev neft maşınqayırması, neft kimyası, dərman istehsalı, İKT, turizm, o cümlədən tibb turizmi və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.
Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripov Tatarıstanın Rusiya Federasiyasının sürətlə inkişaf edən bölgələrindən olduğunu deyib, keçirilən biznes forumun iş adamları arasında əlaqələrin genişləndirilməsində və yeni əməkdaşlığın qurulmasında əhəmiyyətli olacağını vurğulayıb, Azərbaycan iş adamlarını Tatarıstana dəvət edib.
Tədbirdə iştirak edən Azərbaycan və Tatarıstan şirkətləri fəaliyyətləri barədə məlumat verib, Azərbaycan və Tatarıstan arasında əməkdaşlığın inkişafı istiqamətləri müzakirə olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05