Vətənpərvərlik hissi tariximizə, doğma torpaqlarımıza bağlılıqdan başlayır
Masallı, 13 aprel, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Vətənim Azərbaycan" mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin, Səfərbərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon gəncləri iştirak ediblər.
Konfransda çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, ümummilli lider Heydər Əliyevin 34 ilə yaxın Azərbaycana rəhbərliyi dövründəki fəaliyyəti onun fenomen şəxsiyyət olduğunu təsdiq edir.
Hərbi-vətənpərvərlik tərbiyəsinin hər bir ölkə vətəndaşının vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edildiyini vurğulayan C.Manafov bunun üçün hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnməyin əsas vəzifə hesab olunduğunu diqqətə çatdırıb. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirən C.Manafov, əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılması nəticəsində bu gün Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirak etdiklərini bildirib.
Tədbirdə rayon təhsil şöbəsinin metodisti Əyyar Burhanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məsul işçisi, kapitan Vüqar Əhmədov, “Dəfinə” məktəb-liseyinin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov, gənclərin nümayəndələri çıxış edərək vətənpərvərlik hissinin tariximizə, doğma torpaqlarımıza bağlılıqdan başladığını qeyd ediblər. Bildirilib ki, milli vətənpərvərlik hissi hər bir azərbaycanlının bir vətəndaş kimi yerini, mövqeyini, ləyaqət və dəyanətini müəyyən edir, onu bu yolda misilsiz qəhrəmanlıqlar və fədakarlıqlar göstərməyə ruhlandırır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25