Tarixin gedişini dəyişən dahi şəxsiyyət
Naxçıvan, 13 aprel, AZƏRTAC
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin (NDU) Sosial idarəetmə və hüquq fakültəsi tələbələrinin iştirakı ilə “Tarixin gedişini dəyişən dahi şəxsiyyət” mövzusunda açıq dərs keçirilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, dosent Qərib Allahverdiyevin mövzu ətrafında məruzəsi dinlənilib. Açıq dərsdə dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Azərbaycan diasporunun yaradıcısı, sülhün müdafiəçisi, həyatı və əməlləri ilə nəsillərə örnək olan ümummilli lider Heydər Əliyevin keçdiyi böyük şərəfli tarixi yola nəzər salınıb. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolundan bəhs edilib.
Bildirilib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Ümummilli Liderin yüksək idarəçilik məharəti və böyük siyasi təcrübəsi sayəsində müstəqil, çiçəklənən və firavan Azərbaycanın təməli qoyulub. Ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycan xalqı və dövlətinin gələcəyi üçün tarixi önəm kəsb edir.
Məruzəçi dahi rəhbər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin dönməzliyi və əbədiliyinin təmin olunması uğrunda yorulmaz mübarizəsi, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət qurulması istiqamətində həyata keçirdiyi islahatlar barədə danışıb.
Qeyd edilib ki, böyük şəxsiyyətlər tarixin gedişinə güclü təsir göstərə bilirlər. Bu, tarixin sınağından çıxan bir həqiqət kimi real həyatda dəfələrlə öz təsdiqini tapıb. Dahi Heydər Əliyev şəxsiyyəti də Azərbaycan xalqının inkişaf tarixinə öz əbədi möhürünü vurub və həmin tarix yüksələn xətt üzrə bu gün də uğurla davam və inkişaf etdirilir.
Sonra tələbələr muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25