"Report"un analitik qrupu qeyd edir ki, fevral ayında müşahidə olunan bu, 15%-lik artım ilk növbədə milli valyutanın devalvasıyası nəticəsində valyutada olan aktivlərin manat ekvivalentində dəyərinin artması ilə bağlıdır.
Bununla yanaşa, hesabat aytında bankların məcmu kredit qoyuluşları 2 117,4 mln. manat və ya 11,7% artaraq martın 1-ə 20 137,7 mln. manat təşkil edib. Bu artım da manatın devalvasiyası ilə əlaqədar olub. Belə ki, valyutada olan kreditlərin milli valyutada dəyərinin artması ümumi kredit portfelini nominal olaraq genişləndirib.