Minsk, 13 aprel, AZƏRTAC
AZƏRTAC BELTA informasiya agentliyinə istinadla xəbər verir ki, Belarus Dövlət Universiteti (BDU) abituriyentlər üçün hazırladığı saytı istifadəyə verib.
BDU-nun mətbuat xidmətindən verilən məlumatda deyilir: “Saytın köməyi ilə abituriyentlər ixtisas seçə, qəbul olunmaq üçün sənədləri yığa, qəbul kampaniyası barədə bütün suallara cavab ala bilərlər”.
Saytın əsas xüsusiyyəti “İxtisas seçimi” servisidir. Yuxarı sinif şagirdlərinə mərkəzləşdirilmiş imtahanın ehtimal olunan fənləri nəzərə alınmaqla və ixtisas əsasında mənimsənilmə ilə təhsil istiqamətini seçməyə imkan yaradan saytın üstün cəhətlərindən biri də “Abituriyentlərin təqvimi” servisidir. Burada açıq qapı günləri barədə informasiya, dərslərin və mərkəzləşdirilmiş imtahanın keçirilməsi qrafiki, fakültədəki hadisələr və qəbul olunanlar üçün tədbirlər barədə məlumat yerləşdirilib.
Saytın BDU-nun “VKontakte”, “Facebook”, “Twitter”, “Youtube”, “Instagram”, “Tumbir”, “Pinterest”, “Linkedin”, “Google+” sosial şəbəkələrdəki rəsmi səhifələri ilə inteqrasiyası nəzərdə tutulur. Saytda qəbul ilə bağlı sual vermək olar. Ayrıca bölmədə sayı daim artan xarici abituriyentlər üçün məlumat yerləşdirilib.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk