Zakir Həsənov söz verdi
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində regionun ən güclü ordusuna çevrilib: "Ordumuzun silahlanmasında yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir və dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası var. Şəxsi heyətin döyüş ruhu və qələbə əzmi gündən-günə artır. Son təlimlərdə biz bunun əyani şahidi olduq".
Düşmən tərəfinin hazırkı vəziyyətini qiymətləndirən Müdafiə naziri son döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən ermənilərin təxribat törətmək planlarının tam alt-üst olduğunu diqqətə çatdırıb.
"Düşmənin mövqelərimiz istiqamətində dəfələrlə təxribat xarakterli əməliyyatlar keçirmək cəhdi ayıq-sayıq əsgərlərimiz tərəfindən elə ilk anda alınıb. Bu həmişə belə olub və gələcəkdə də bu cür olacaqdır. Ermənilər itkilərini cidd-cəhdlə gizlətməyə çalışırlar. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq. Müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə etdiyimiz məlumatlara görə, Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət həddən artıq acınacaqlıdır. Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir.
Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, eyni zamanda, Yaxın Şərq regionundan - Livandan, Suriyadan olan muzdluları cəlb edir.
Azərbaycan əsgəri erməni xalqına qarşı deyil, Ermənistanın cinayətkar, kriminal hərbi siyasi-rejiminə, onun əlləri günahsız dinc əhalinin qanına bulaşmış rəhbərliyinə qarşı müharibə aparır", - deyə Müdafiə naziri bildirib.
Ali Baş Komandanın hər bir əmrinə Silahlı Qüvvələrin daim hazır olmasını xüsusi vurğulayan Müdafiə naziri Azərbaycan əsgərinin xalqın və dövlət rəhbərliyinin etimadını doğruldacağına əminliyini ifadə edib.
"Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yeganə çıxış yolu erməni silahlı birləşmələrinin birdəfəlik və qeyd-şərtsiz ərazilərimizi tərk etməsidir. Torpaqlarımızın işğaldan azad olunmasının digər alternativi isə güc tətbiq edilməsidir. Düşmən bunu anlamalı, dərk etməli və səbrimizi sınağa çəkməməlidir.
Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşən yeganə vəzifə isə düşməni darmadağın etməyə hər an hazır olmaqdır. Biz buna hazırıq və bütün qoşun növlərində döyüş hazırlığının gücləndirilməsi, şəxsi heyətin peşəkar səviyyəsinin artırılması və döyüş əzminin yüksəldilməsi məqsədilə daim keçirilən döyüş atışlı təlimlər, məşqlər qələbə gününün uzaqda olmadığına sübutdur", - deyə Müdafiə naziri qeyd edib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05