[ 13 Aprel 2015 16:59 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Vergilər Nazirliyi "Nurgun Group"a daxil olan "Nurgun Motors"un əmlakını siyahıya alıb.

Bu barədə APA-Economics”ə Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib.

 

“Nurgun Motors”un vergi borcları ilə əlaqədar, əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Şirkətə borcların qısa müddətdə ödənilməli olduğu ilə bağlı xəbərdarlıq olunub", - deyə nazirlik rəsmisi qeyd edib.

 

Borcun həcmi açıqlanmır.

 

Nazirlik rəsmisi bildirib ki, borc ödənildikdən sonra şirkət fəaliyyətini bərpa edə bilər.