Aşıq Ədalət efirdə söyüş söydüyünü təkzib edib.

ANS PRESS-in məlumatına görə, sənətkarın sözügedən videoda təhqir etdiyi aşıq Namiq məsələyə aydınlıq gətirmək üçün onunla görüşüb.

Aşıq Namiqin bizə təqdim etdiyi videogörüntülərdə Aşıq Ədalət nə baş verdiyini anlamadığını deyib. Namiqin ünvanına xoş sözlər səsləndirən böyük sənətkar, rəqqasə Aytəni də tanımadığını söyləyib.

"Əvvəla, sənin atanı 40 il bundan əvvəl tanımışam. Gözəl sənətkar idi. Atanla çörək kəsmişik. İkincisi də, sənin özün həmişə mənə hörmətlə yanaşmısan, səndən özümə qarşı hörmət görmüşəm. Məni dəfələrlə məclislərə çağırmısan, hörmətimi də etmisən. Sən elə bil ki, mənim sağ qolumsan. Mən səni niyə söyüm? Mən məgər o qədər nadanam?" - deyərək, Namiqi söymədiyini deyib.

Mənbə
ANS PRESS