Cari ilin iki ayı ərzində rəsmi orqanlar tərəfindən ölkədə 11,1 min nikah və 2,1 min boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,4 təşkil edib.
Qeydolunan müddətdə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 227 nəfər gələn və 119 nəfər ölkədən gedən qeydə alınıb.