"Express Yourself" adlı ifasını səsləndirən Madonna qəfildən səhnədə stulda oturan repperin dodağından öpüb. Amma bu ehtiraslı öpüş gözlənilməz bir səhnənin meydana gəlməsinə yol açıb.
28 yaşlı Drake bir neçə saniyəlik öpüşdən məmnun qalmış kimi görünməyib. Üz-gözünü turşudan repper ağzını tutub.
Madonna isə vəziyyətdən xəbərsiz mahnısını oxumağa davam edib. Sosial mediyada yayılan bu görüntülər geniş müzakirəyə səbəb olub.
Gənc ifaçının nə üçün belə etdiyi - iyrəndiyi və ya canının ağrıdığını bilmək isə mümkün olmayıb.









Mənbə
ANS PRESS