Şamaxı, 13 aprel, AZƏRTAC
Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının tələbələrinin arzusu ilə Şamaxıya gələn Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi şəhər mədəniyyət sarayında Əli Əmirlinin ssenarisi əsasında səhnələşdirilən “Hasarın o üzündə” tamaşasını nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, baş rollarda xalq artistləri Nurəddin Mehdixanlı və Həmidə Ömərovanın oynadıqları tamaşa professor-müəllim və tələbə heyəti tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşadan sonra Müəllimlər İnstitutunun Şamaxı filialında nümayiş etdirilən əsərin mövzusuna və aktyor ifasına həsr olunan “dəyirmi masa” keçirilib.
