Biləsuvar, 13 aprel, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Cəbrayıl rayonunun səhiyyə ocaqlarında da əhalinin profilaktik tibbi müayinəsi mütəşəkkil keçir.
AZƏRTAC xəbər verir ki, Biləsuvar rayonunun ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınmış 11 qəsəbədə yaşayan 18586 nəfər əhalinin yarıdan çoxu - 13830 nəfəri artıq tibbi müayinədən keçirilib. Müayinələr 50 çarpayılıq 1 saylı sahə xəstəxanası ilə yanaşı 6 tibb, 5 həkim məntəqəsi və 1 poliklinikada aparılır. Yüksək ixtisaslı peşəkar həkimlərdən təşkil olunmuş həkim briqadaları isə fiziki imkanları məhdud insanları və yaşlı nəslin nümayəndələrinin müayinəsini evlərdə həyata keçirir. Müayinələr zamanı xəstəlik aşkar olunmuş 344 nəfərdən 243-ü ambulator, 45 nəfər isə stasionar müalicəyə cəlb olunub. 56 xəstə isə respublikanın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Bu humanist aksiya cəbrayıllı məcburi köçkünlər üçün Biləsuvarda salınmış qəsəbələrdə deyil, həm də yaşadıqları 54 şəhər və rayonun səhiyyə ocaqlarında da aparılır.