Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları 2006-cı ildən indiyədək 16 min 370 ipoteka krediti veriblər.
AİF-dən AZƏRTAC-a bildirilib ki, fondun məlumatına görə, AİF-in vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 656 milyon 507 min 700 manatdan çoxdur. AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.