Liviyanın paytaxtı Tripolidə Mərakeş səfirliyində partlayış olub.

ANS PRESS-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi Liviya hüquq-mühafizə orqanlarına istinadən xəbər verir. Hadisə zamanı yaxınlıqdakı bir neçə avtomobilə ciddi ziyan bildirilir. Ölən və ya yaralananların olub-olmadığı isə hələlik məlum deyil.

Liviyadakı Mərakeş səfirliyi bir müddət idi ki, fəaliyyətini dayandırmışdı.

Bu, son iki gündə Tripolidə baş verən ikinsi partlayışdır. Aprelin 12-də Cənubi Koreya səfirliyində törədilən partlayış nəticəsində 2 nəfər ölmüş, 1 nəfər yaralanmışdı. Bu partlayışa görə məsuliyyəti "İŞİD" qruplaşması öz üzərinə götürüb.
Mənbə
Associated Press