Cənubi Koreya şirkətləri dünya "Smart TV” bazarının 43 faizinə nəzarət edir
Analitiklərin 2014-cü il üçün olan məlumatına görə, bazar payı müvafiq olaraq 28,2 və 15,2 faiz təşkil edən "Samsung Electronics” və “LG Electronics” nəhəng “ağıllı” televizor istehsalçılarıdır. İki Cənubi Koreya şirkəti bazarın 43,4 faizinə nəzarət edir. Liderlər üçlüyünə 7,6 faizlik göstərici ilə Yaponiyanın “Sony” şirkəti də daxildir. Sonrakı yerlərdə "Smart TV” sinfində hər birinin payı 6,7 faizə bərabər olan Çinin “HiSense Electric” və “Skyworth Group” qərarlaşıb.
Ekspertlərin proqnozuna görə, 2015-ci ildə dünyada 97 milyon “ağıllı” televizor buraxılacaq ki, bu da bazarın ümumi həcminin 41,2 faizi deməkdir.
Televizor bazarında 29,2 faiz payla "Samsung” liderdir. 2014-cü ildə qeydə alınan bu göstərici Cənubi Koreya istehsalçısı üçün rekord göstərici olub. Müxtəlif modelli televizorların satışı üzrə ikinci yerdə “LG” (16,7 faiz), üçüncüdə “Sony” (7,9 faiz) yer alıb. Çinin “HiSense” (5,5 faiz) və “TCL” (4,6 faiz) şirkətləri liderlər beşliyini tamamlayır.
Yüksək təsvir ölçülü televizorlar seqmentində (Ultra HD, 4K) birincilik ötənilki 34,7 faizlik payla “Samsung”a məxsusdur. “Samsung”un ən yaxın izləyiciləri “LG” (14,3 faiz) və “Sony” (10 faiz) şirkətləridir. “HiSense” və “Skyworth” istehsalçılarında bu göstərici müvafiq olaraq 8,2 və 6,3 faizdir.
“Display Search” analitiklərinin proqnozuna görə, 2018-ci ilədək “4K” modellərinin qlobal televizor bazarında payı 30 faizi ötəcək, - "DailyComm” yazır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05