ANS PRESS-in məlumatına görə, malikanə dəbdəbəsi ilə göz oxşayır. Dünya şöhrətli ulduz bu mülk üçün nə az, nə çox düz 24 milyon dollar ödəyib.
Müğənninin evi geyimlərindən, səhnə şoularından fərqli olaraq sadəliyi ilə seçilir. Evdə klassik açıq rənglər hakimdir. Bu rənglərdən həm mebellər, həm də evin dizaynında istifadə edilir.
Xatırladaq ki, Ledi Qaqa bir neçə ay öncə nişanlandığını elan edib. 29 yaşlı ulduz müğənni nişanlısı ilə birlikdə yaşamaq üçün ev axtarışına başlayıb.
O, toyunu isə Malibudakı villasında etmək niyyətindədir.











Mənbə
ANS PRESS