Daşkəsən, 13 aprel, AZƏRTAC
Aprelin 14-dən 16-dək Qətərin paytaxtı Dohada “Yırtıcı Şahin-2015” təliminin yekun planlaşdırma konfransı, aprelin 14-dən 17-dək Litvanın Kaunas şəhərində yaralılara hospitala təxliyədən öncəki tibbi yardım kursu keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər iki tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
Hərbi qulluqçularımız, həmçinin aprelin 14-dən 24-dək Əmmanda Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində qiymətləndiricilər üçün 29-cu təlim kursuna qatılacaqlar.