Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.
Metbuat.az-ın xəbərinə görə, hər iki görüş bu günə nəzərdə tutulmuşdu. İlk olaraq "Qarabağ" və "Simurq" komandaları meydana çıxıblar. "İnter Arena"da keçiriləcn matç Bakı vaxtı ilə saat 18:00-da başlayıb.
Cavid Tağıyevin vurduğu qol görüşdə yeganə olub. "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.
Günün ikinci oyununda isə "Neftçi" "İnter"lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
"Neftçi" oyununu rəqibinə diqtə edib. Nikolas Kanalesin dublu sayəsində qələbə qazanan "ağ-qaralar" cavab görüşü öncəsi böyük üstünlük əldə edib.
“Qarabağ” – “Simurq” - 1:0
Qol: Cavid Tağıyev, 15
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Murad Məmmədov
“İnter Arena”
“Neftçi” – “İnter” - 2:0
Qollar: Nikolas Kanales, 19; 71
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Rza Məmmədov, Elşən Acalov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakcell Arena”