“BMW Group” şirkəti sürücülər üçün tamamlanmış reallıq eynəklərinin prototipini təqdim edib.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, alman istehsalçılarına eynəklərin hazırlanmasında “Qualcomm”un mütəxəssisləri kömək edib. Eynəklər isə “Osterhout Design Group”un qurğularına çox oxşayır. Baxmayaraq ki, onlar “BMW”-nin şəxsi “DesignworksUSA” studiyası tərəfindən layihələndirilib.
 
Yeni eynək modeli sürücülərə naviqasiyada, parklamada dəstək olur, görüntünü genişləndirir və avtomobil haqda məlumatı təsvir edirlər.
 
Aynur Vəliyeva